azeriler.de - Diaspora

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə mür

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə mür

31.12.2007
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə müraciət qəbul etmişdirAzərbaycanın Hollandiyadakı Səfirliyindən bildirmişlər ki, səfirlik dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Haaqada tədbir keçirmişdir.
Tədbirdə dünya azərbaycanlılarının həmrəyliyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri diqqətə çatdırılmış, soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsində, ölkəmizin uğurlarının xaricdə təbliğində soydaşlarımızın rolunun artırılması sahəsində Prezident İlham Əliyevin gördüyü işlər yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Hollandiyada yaşayan azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı müraciəti onlarda dərin iftixar hissi doğurmuşdur, Azərbaycan vətəndaşları növbəti prezident seçkilərində də ümummilli lider Heydər Əliyevin siyasi kursuna səs verəcəklər.
Toplantı iştirakçıları Azərbaycan Prezidentinə müraciət qəbul etmişlər. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınları Birliyinin, Benilüks Azərbaycanlılar Konqresi və Hollandiya–Azərbaycan–Türkiyə Mədəniyyət Dərnəyinin sədrləri Gülşən Kazımovanın, Sahil Qasımovun və İlhan Aşkinin imzaladıqları müraciətdə deyilir ki, biz, Niderland Krallığında yaşayan azərbaycanlıların diaspor təşkilatlarının nümayəndələri zati-alilərinizin dünya azərbaycanlılarına 26 dekabr tarixli müraciətinizdə qarşımıza qoyduğunuz vəzifələrin səmərəli icrası yollarını, Azərbaycan diaspor quruculuğunun çağdaş durumunu, müstəqil dövlətçiliyimizin, zəngin mədəniyyətimizin, qədim tariximizin, respublikamızın bugünkü reallıqlarının Vətənimizdən uzaqlarda təbliği istiqamətində diasporumuzun fəaliyyətini və perspektivlərini geniş müzakirə etmişik.
Bütün azərbaycanlılara səmimi məhəbbət duyğuları ilə dolu, hər birimizin qəlbində böyük sevinc, fərəh və eyni zamanda yüksək məsuliyyət hissləri yaradan müraciətinizə görə, Sizə dərin minnətdarlığımızı bildirərək, zati-alilərinizi əmin etmək istərdik ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və yorulmaz fəaliyyətiniz nəticəsində gerçəkləşən dünya azərbaycanlılarının həmrəyliyinə yönəlmiş dövlət siyasətinə Niderland Krallığında məskunlaşmış minlərlə soydaşımızın vahid mövqedən birmənalı dəstək verilməsi məqsədilə təmsil etdiyimiz təşkilatlar bundan sonra da var gücləri ilə çalışacaqlar.
Müraciətdə daha sonra bildirilir ki, bu gün azərbaycançılıq ideologiyasının milli mənəvi dəyərlərə söykənən konseptual bütövlüyü, soydaşlarımızın həmrəyliyində və onların vahid amal ətrafında birləşməsində dönməz məfkurə olduğu bir daha təsdiqlənir.
Sizin, dərin köklərə əsaslanan məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanın Avropaya uğurla inteqrasiyası, ölkəmizdə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik, iqtisadi və sosial sahələrdəki yüksəliş doğma Vətəndən uzaqlarda yaşayan biz azərbaycanlıları qürurlandırır.
Biz, Niderland Krallığında yaşayan azərbaycanlılar, bu gün doğma Vətənimizdə həyata keçirilən siyasi kursun davamlı olmasını istəyir, bu sahədə Azərbaycana xidmət etməyə hazır olduğumuzu və Sizin fəaliyyətinizi daim dəstəklədiyimizi bəyan edirik.
Müraciət bu sözlərlə bitir: Möhtərəm cənab Prezident! Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etməkdən qürur duyur, doğma Azərbaycanımızın inkişafı, firavan gələcəyi, ərazi bütövlüyünün bərpası naminə apardığınız möhtəşəm fəaliyyətinizdə Sizə yeni parlaq nailiyyətlər və qələbələr arzulayırıq. Tam qətiyyətlə inanırıq ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan vətəndaşları Sizə, Azərbaycanın nurlu gələcəyinə səs verəcəklər. Azərbaycan xalqının Sizin qələbələrinizlə bağlı arzularının gerçəkləşməsinə Niderland Krallığında yaşayan həmvətənlərinizin də vahid mövqedən və səmimi dəstək verəcəyinə əmin ola bilərsiniz.

Re: Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə

Zitat: Ela

Boah, schön klebrigAlle Schleimer!

Re: Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevə

Gozel arzudu ama bunlara deyan lazimdir ki,bela chox razisinizsa ve beyenirsinizse ne dusubsuz avropanin chollerine gedin yasayinda Azerbaycanda... Adami da bu geder daha ele salmazlar da

men kimem ki:)))))