azeriler.de - Literatur

Nəsimi və ermənilər :)

Nəsimi və ermənilər :)

Nəsimi (1370-1447)

Dərdmən etdin məni, ey dərdə dərman, erməni.
Olmuşam eşqin yolunda bəndəfəran, erməni.

Nə pəri, nə Adəmi bu şəkl ilə mən görmədim,
Cənnətdən hurimisən, yoxsa ki, rizvam, erməni?

Anca kim səy eylədim nazik camalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.

Örtgül ol ay üzünü kim, çeşmi-namərhəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.

İsiyi-Seyrəm həqüçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.

Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.

Harda bir xaç əhli varsa, namusun seyr elədim,
Bulmadım mən sən-təki bir cani-canan, erməni.

Bir sual etdi Nəsimi sən büti-məhparədən,
Lütfilə söyləş əgər, ey ləli-xəndan erməni...


Re: Nəsimi və ermənilər :)

cox sagol sheyir ücün cox gözeldi 

Re: Nəsimi və ermənilər :)

Eslinde Nesiminin ermeni haqqinda yazdighi sheri ne oxumushdum, ne de eshitmishdim. Men bu sherin dogrusu hansi menada yazildigini basha düshe bilmedim. O bunu müsbet menada deyir, yoxsa menfi. Dinden dönmeye geldikde ise Nesimi onsuz da hürufiliyin davamcilarindan olub, mollalari tenqid etmeyi de bacarib, bacardigi ücün de diri-diri soyulub. Ele soyulanda da bele oxuyurmush:

                    Zahidin bir barmaghin kessen, dönüb häqdän qachar,
                    Gör bu miskin shairi soyarlar, serpa aghrimaz.

Siz sözlerin qüvvetine baxin. Belke yeri deyil, amma Nesimi dogrudan da menim ucun Azerbaycan edebiyyatinda ilk olaraq "richtig" öz sözünü deyenlerden olub.

                   



Re: Nəsimi və ermənilər :)

En qeribesi odur ki, en azi bizim zonada ve Iranda ermeni dedikde umumilikde xristianlar anlashilib uzun muddet. Yeni Nesiminin ermeni dedikde heqiqeten etnik ermenileri ve ya da xristian dinine mensub olan istenilen bir shexsi vesf etmesi aydin olmur. Amma istenilen halda Nesimi kimi dahilere milletchilik yad olub, o bunun uzerinde duran insan olub. Her halda maraqli olacaq deye bu qezeli bura qoydum.


Re: Nəsimi və ermənilər :)

Zitat: Gurban Alakbarov
En qeribesi odur ki, en azi bizim zonada ve Iranda ermeni dedikde umumilikde xristianlar anlashilib uzun muddet. Yeni Nesiminin ermeni dedikde heqiqeten etnik ermenileri ve ya da xristian dinine mensub olan istenilen bir shexsi vesf etmesi aydin olmur. Amma istenilen halda Nesimi kimi dahilere milletchilik yad olub, o bunun uzerinde duran insan olub. Her halda maraqli olacaq deye bu qezeli bura qoydum.




Maraqlidir, cox sag ol. Nesimi elbette ki, "millet" olaraq hec bir xalqin formalashmadighi bir zamanda milletchi ola bilmezdi.

Eslinde ermeni dashinin mehz bizim bashimiza düshmesinde men müeyyen qeder osmanlilarin da günahini görürem.




Re: Nəsimi və ermənilər :)

sagol brat eladir, bele seirleri xahis eliyirem cox bura qoyun, tapmaq cox cetindir

Re: Nəsimi və ermənilər :)

Spiegelt unsere Geschichte immer wieder