azeriler.de - Sport

Daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb

Daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb

Daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb İtaliyanın Peskara şəhərində keçirilən beynəlxalq boks turnirində daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb. AZADİNFORM xəbər verir ki, bu, boks üzrə Azərbaycan yığma komandasının kapitanı Şahin İmranovdur. Ş.İmranov 57 kq çəkidə 1/4 finalda belaruslu həmkarı Mixail Biernadskini məğlub edərək bürünc medalı özünə təmin edib. Bu çəki dərəcəsində bütün medalçılara olimpiya oyunlarına vəsiqə verilir. Bundan sonra isə Ş.İmranov qızıl medal uğrunda mübarizə aparacaq. Qeyd edək ki, daha iki boksçumuz da bürünc medalı özləri üçün təmin edib. 60 kq-da mübarizə aparan Ramal Amanov və ən ağır çəkili David Arjba isə lisenziyanın bir addımlığındadır. Turnirin yarımfinal döyüşləri bu gün keçiriləcək.

Re: Daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb

schön ... hoffen wir das dass auch was bringt, außer das unsere Sportler yene Alvere gediler...

Re: Daha bir idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanıb

Zitat: Azeri
schön ... hoffen wir das dass auch was bringt, außer das unsere Sportler yene Alvere gediler...

ümüd olmasa insan yasaya bilmez azeri